14 Noyabr 2014 15:32
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda iki yaşlı uşağın yanması ilə nəticələnən yanğın hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Düzqırıqlı kəndində qeydə alınıb. Kənd sakini, 2011-ci il təvəllüdlü Qəzənfər Mehdiyev yanıq xəsarəti ilə xəstəxanaya gətirilib.

Tovuz rayon Mərkəzi xəstəxanasında azyaşlıya tibbi yardım göstərilib və daha sonra o, Gəncə şəhər xəstəxanasına aparılır. Qəzənfər Mehdiyev valideyinlərinin xəbəri olmadan həyətə düşüb. O, atasına məxsus “VAZ 2106” markalı avtomobilə minib və orada yanğın törədib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: