14 Noyabr 2014 15:52
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirli bilinən Kamil Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin iyulun 29-da Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində qeydə alınıb. Kamil Məmmədov münaqişə zəminində qonşusu Rasim Əliyevə bir neçə bıçaq xəsarəti yetirib. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Qətli törədən Kamil Məmmədov hadisə yerindən qaçaraq gizlənmək istəyib. Lakin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Kamil Məmmədov tutulub. Araşdırmalar zamanı məlum olub ki, Kamil Məmmədov əvvəllər də adam öldürmək üstündə məhkumluq həyatı yaşayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: