11 Noyabr 2021 14:10
3 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda 1988-ci il təvəllüdlü Samir bacısı ilə intim münasibətdə olan Əzizə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Samir 12 fevral 2021-ci ildə, saat 18.30-da Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən dördyol deyilən ərazidə küçədə 1977-ci il təvəllüdlü Əzizin onun bacısı ilə münasibət qurmasını bəhanə edib, bıçaqla sol bud nahiyəsinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, qonşu kənddə yaşayan zərərçəkmiş Əzizi əvvəldən tanıyır: “Əzizlə bir yerdə çörək yemişik, salamımız olub. Bacımın əri, yeznəm Vəli xəstə olub, yeznəm özünü idarə edə bilməyib, iflic olub”.

Samirin sözlərinə görə, fevralın 12-də səhər saat 8 radələrində yeznəsi ona zəng vurub: “Yeznəm bildirdi ki, Əziz onun həyat yoldaşı, yəni bacıma zəng vurub. Axşam saat 17 radələrində bacımın evinə getdim. Yeznəm mənə dedi ki, sağlam vəziyyətdə olsaydım, özüm söhbətimi edərdim. Maraqlananda yeznəmin onların danışdığını tutduğunu öyrəndim.

Sonra Əzizlə söhbət etməyə getdim. Həmin vaxt yeznəmin qardaşı Bəxtiyar da orada idi. Bəxtiyar dedi ki, bacı sənindir, get namusunu özün təmizlə, mənlik deyil. Bundan sonra Bəxtiyarla Yuxarı Ləki kəndində yerləşən dördyol deyilən əraziyə gəldik. Bəxtiyar Əzizin burada işlədiyini bildirdi. Onun işlədiyi obyektə girdik. Əzizi orada tapmadıq, küçəyə çıxanda onun avtomobildən düşdüyünü gördüm.

Bəxtiyar məndən qabaq Əzizə yaxınlaşdı və ona nəsə dedi. Əzizdən aralandıqdan sonra özüm ona yaxınlaşdım. Üzərimdə olan bıçaqla bir neçə dəfə onu vurdum. Əziz yerə yıxıldı və dedi ki, Samir, məni qan aparır. Həmin anda Əzizin üzərində olan bıçaq da yerə düşdü. Bıçağı yenidən götürdüm, bıçaqla onu daha bir neçə dəfə vurdum, bunun namus məsələsi ilə bağlı olduğunu dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sahə müvəkkilinə zəng edib, hadisə barədə məlumat verib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əzizin sözlərinə görə, Samiri tanıyırmış, əvvəllər Samirlə aralarında heç bir vaxt söz-söhbət və narazılıq olmayıb:

“Samirin bacısı mənim həmkəndlim Vəli adlı şəxslə ailə qurub. Vəlinin yaşadığımız kənddə çayxanası olub. Xəstələndikdən sonra çayxananı işlədə bilmədi. Buna görə də çayxananı icarəyə götürdüm, oranı oğlum işlədirdi. Özüm isə Yuxarı Ləki kəndində qapı-pəncərə sexi işlətmişəm. Təxminən hadisədən 1 ay əvvəl Samirin bacısı mənə vatsapda dərman adı yazdı. Bundan sonra aramızda münasibət yarandı. Vatsapla bir-birimizlə əlaqə saxladıq”.

Əziz deyib ki, bu il fevralın 12-də saat 18.30-da Yuxarı Ləki kəndində dördyol deyilən yerdə sexin yanında olub: “Sexin qarşısında Adilin avtomobilində əyləşmişdim, onunla söhbət edirdim. Həmin vaxt Samir və onun bacısımı qaynı Bəxtiyar sexə daxil olduqlarını gördüm. Avtomobildən yerə düşdüm. Bəxtiyar birinci yanıma gəldi, mənə “utanırsanmı” dedi. Başımı aşağı salaraq dinmədim. Sonra Bəxtiyar məndən aralandı”.

Zərərçəkmiş şəxs daha sonra ifadəsində qeyd edib ki, Samir ona bıçaqla hücum edib və bir neçə xəsarət yetirib. Bildirib ki, Samirin bacısı ilə telefonla əlaqə saxlasa da, onların evinə getməyib. Zərərçəkmiş deyib ki, Bəxtiyarın onun barəsində dediyi sözlər yalandır: “Samirin bacısının evinə getməmişəm, Bəxtiyarın gələrək bizi bir otaqda tutması, mənim pəncərədən qaçmağım barədə dedikləri həqiqət deyil”.

Cinayət işi üzrə Samirin bacısı Aytən də ifadə verib. O bildirib ki, heç bir ruhi-əsəb xəstəliyi olmadyıb: “2004-cü ildə rta Ləki kəndində yaşayan Vəli ilə ailə qurdum. Birgə nikahımızdan 2 övladımız olub. Vəlinin kənddə çayxanası vardı. Vəli xəstələndikdən sonra çayxananı həməkndlimiz Əzizə icarəyə verdik.

Əzizin özü başqa işi olduğu üçün çayxananı oğlu işlədirdi. Əziz bir neçə dəfə Vəlinin yanına gəlib. Bir neçə dəfə Vəli ilə birlikdə Ağdaş şəhərinə bazara getmişik. Daha sonra isə Vəlinin telefonundan Əzizə zənglər etmişik. Həmçinin özüm də Əzizə zəng edərək Vəlini evə gətirməsini demişəm. Ancaq Əziz ilə başqa heç bir əlaqəm olmayıb”.

Aytənin ifadəsinə görə, fevralın 12-də, gecə saatlarında qaynı Bəxtiyar onların evinə gəlib: “Vəli mənə məhəllədə adam olduğunu dedi, sonra isə məndən Əzizlə görüşüb-görüşmədiyimi soruşdu. Dedim ki, məni Əzizlə tutmusan? Bəxtiyar tutmadığını söylədi. “Bəs onda niyə mənə şər atırsan” dedim.

Bəxtiyar Əzizi məhəlləyə girməsini gördüyünü dedi. Bundan sonra fevralın 12-də, saat təxminən 17 radələrində qardaşım Samir bizə gəldi. Bəxtiyar qardaşıma mənim Əzizlə görüşməyimi bildirdi. Qardaşım da Bəxtiyardan nə üçün Əzizi tutduğu zaman ona məlumat vermədiyini bildirdi. Bəxtiyar da “mən gözümlə görmüşəm” dedi.

Samirə bildirdim ki, Əzizlə görüşməmişəm, onunla da heç bir əlaqəm yoxdur. Qardaşım mənə inanamadı. Bu səbəbdən qaçaraq evin içində gizləndim, Samir də getdi. Təxminən 2 saat sonra qardaşımın Əzizi bıçaqladığını eşitdim”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Bəxtiyarın sözlərinə görə, fevralın 12-də, saat təxminən 3 radələrində qardaşı Vəlinin evinə gedib: “Anamın yerdə uzanıqlı olduğunu gördüm. Anam xəstə olduğu üçün hərəkət edə bilmirdi. Onu yerdən ayağa qaldırdım, sonra qardaşımın otağına keçdim. Vəlinin arvadı Aytənin otaqda olmadığını gördüm. Digər otağa keçəndə Aytənin orada Əzizlə bir yerdə olduğunu gördüm.

Əziz məni görüb pəncərədən düşərək qaçdı. Ayaqqabımı geyinib arxasınca getmək istədim. Lakin gec oldu, qardaşım Vəlini yuxudan oyadaraq bu barədə ona dedim. Aytən isə heç nəyi etiraf etmədi. Səhər açılanda Aytənin ailəsinə bu barədə məlumat verdik. Aytənin qardaşı və anası gəldi, dediklərimizə inanamadılar. Vəlinin qızı anasının Əzizlə danışığının səs yazılarını qardaşımın telefonuna göndərdi. Səsi dinlədik. Aytən yenə də səsin ona məxsus olmadığını dedi. Samir səsin bacısına aid olduğunu söylədi, telefonu yerə vuraraq sındırdı”.

Bəxtiyar daha sonra ifadəsində baş verən hadisə barədə danışıb. Qeyd edib ki, Samir Əzizi bıçaqlayandan sonra ona “get, Aytənin başını kəs” deyib: “Mən isə “bacı sənindir, mənə yer edən Əzizin qardaşımın evinə girməsidir, mən sənə namus təmizləyən deyiləm” dedim”.

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb.

Samir 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Samirin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub və o, həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər