Lənkəran sakinindən silah-sursat müsadirə olunub.
Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Elxan Əbdülovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.