23 Noyabr 2021 10:21
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda əmisi arvadını öldürməkdə təqsirləndirilən Elvin Axundovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

İttihama görə, hadisə bu ilin martın 31-də saat 01 radələrində Hacıqabul rayonunun Muğan kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Rəsulova qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.

Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Axundov saxlanılıb.

Elvin Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisədən sonra Elvin Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər