Bakıda ölümlə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə bu ilin martın 11-də Binəqədi rayonunda baş verib.
Emil Əlizadənin idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil Rəşid İsmayılov küçəsində idarəetmədən çıxaraq körpüdən aşıb.
Nəticədə avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.
Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, qəzanın baş verəməsində Emil Əlizadə günahkardır.
Bu səbəbdən onun barəsində cinayət işi başlanıb.
Emil Əlizadə xəstəxanaların birində həkim işləyib.