27 Noyabr 2021 12:18
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Teleqraf.com