28 Noyabr 2021 10:42
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda Vüqar ailə münaqişəsi zəminində atası Vaqifə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 14-də, saat 15 radələrində baş verib. Vüqar yaşadığı evdə atası Vaqif ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb.

Mübahisə zamanı Vüqar yumruqla və təpiklə atasının bədəninin müxtəlif nahiyələrinəqəsdən vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 14-də, saat 15 radələrində evdə olarkən uzun müddətözünə iş tapa bilmədiyi üçün atası ona öz iradını bildirib: “Bu səbəbdən atam məni danlamağa başladı. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək əlim iləatamın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Aramızdakı mübahisətəxminən 5-10 dəqiqə davam etdi. Həmin vaxt anam da evdə olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən bir müddət sonra atası vəfat edib: “Atam vəfat etməzdən öncə mənimlə barışmışdı. Mən dətörətdiyim əməldən səmimi peşman olmuşdum. Hazırda zərərçəkmiş şəxsin hüquqivarisi – qardaşım Elnur ilə də barışmışam. Zərərçəkmiş şəxsin hüquqi varisinin mənə qarşı heç bir şikayəti yoxdur”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alıb.

Bu səbəbdən Vüqarın barəsində olan cinayət təqibinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər