8 Dekabr 2021 16:05
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, oranın işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror yenidən çıxış edib.

İttihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq hümanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il cəza istəyib.

Prokuror həmin vaxt barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Pərviz Abbasov Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər