15 Dekabr 2021 12:54
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 1942-ci il təvəllüdlü Vahid qonşusu Sücayətə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 8-də saat 8 radələrində baş verib.

Vahid yaşadıqları ünvanda qonşusu Şücayətlə mübahisə edib. Onların mübahisəsi davaya çevrilib. Vahid əsa ilə Sücayətin sol qol nahiyyəsindən bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oğlu Raqufla birlikdə yaşayır: "Sücayəti 50 ildir tanıyıram, mənimlə qonşudur. Onunla heç bir düşmənçiliyim və ədavətim olmayıb. Yaşlı olduğumdan əsa ilə hərəkət edirəm. Səlim adlı qonşumuz Sücayətlə birlikdə mənə və ailəmə cadu eləyib. Mənə olunan cadu nəticəsində ailəm bədbəxtçiliyə məruz qalıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 8-də saat 8 radələrində Səlim və Sücayətin ona yazdırdığı duanın yerinə öyrənmək istəyib: “Bunun üçün alt qonşumuz Sücayətin evinə getdim. Qapını Sücayətin nəvəsi açdı. İçəri daxil oldum, qonaq otağında Sücayəti gördüm. Ondan Səlimlə birlikdə yazdırdığı duanın yerini soruşdum. Sücayət duanın yerinin bilmədiyini dedi. Sücayətlə duanın yerini deməməsinə görə dava-dalaş etməyə başladıq. Əsəbləşdiyimdən əlimdə olan əsa ilə onun sol qol və ayaq nahiyəsinə vurdum. Sücayətin nəvəsi isə məni sakitləşdimək istədi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sücayətin ifadəsinə görə, avqustun 8-də, yaşadığı evin qapısı döyülüb: “Qapını nəvəm açdı. Sücayət içəri girdi, məndən Səlimlə birlikdə yazdırdığı duanın yerini soruşdu. Ona hər hansı dua yazdırmadığımı və duanın yerinin bilmədiyimi dedim. Sücayət duanın yerini demədiyimə görə mübahisə etməyə başladı. Əlindəki əsa ilə mənim qol və ayaq nahiyəmə vurdu. Nəvəm aramıza girdi, Sücaəti məndən araladı”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Sücaətin yağına vurması nəticəsində sol ayağında ağrılar olub: "Nəvəm məni Bərdə rayonu Mərkəzi xəstəxanasına apardı. Xəstəxanada mənə ilkin tibbi yardım göstərildi”.

Bərdə rayon Məhkəməsinin hökmü ilə Vahid 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


Müəllif: Hacı Zeynalov