Şirvan şəhərində meyiti tapılan yaşlı qadının qətlə yetirildi məlum olub.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Şirvan şəhər sakini, 1934-cü il təvəllüdlü Xalidə Osmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib. Cinayəti törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Xalidə Osmanovanın meyiti noyabrın 17-də şəhərin Heydər Əliyev prospekti, 46 ünvanında aşkarlanıb. 80 yaşlı Osmanova Xalidə Mahmud qızının meyiti Şirvan şəhərinin “Bağ evləri” ərazisində tapılıb. Qadının baş və qol nayihəsində zorakılıq əlamətləri aşkar edilib. Mərhum Şirvan şəhəri 10 saylı məktəbdə müəllimə kimi çalışıb və iki il bundan əvvəl təqaüdə çıxıb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.
Hacı Zeynalov