19 Noyabr 2014 11:24
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1940-cı il təvəllüdlü Layiq Axundovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Layiq Axundov bu ilin avqustun 12-də, Xəzər rayonu Binə qəsəbəsində ailə-məişət münaqişəsi zəminində arvadı Lətifəni bıçaqlayaraq öldürüb.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Layiq Axundov tutulub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmə baxışı noyabrın 26-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər