19 Noyabr 2014 14:25
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda çoban quldurluq hadisəsi ilə üzləşib.

Bu barədə Teleqraf.com-a Qazax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 27-də gecə saatlarında qeydə alınıb. Naməlum şəxs oyuncaq tapança ilə rayon sakini Qulam Hüseynovu hədələyib. Həmin şəxs Qulam Hüseynovun saxladığı sürüdən 5 baş qotunu alaraq oranı tərk edib.

Qulam Hüseynov quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı polis şöbəsinə şikayət edib. Onun şikayəti əsasında cinayəti törətməkdə şübhəli bilinən İlqar Hacıbalayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: