17 Yanvar 2022 12:44
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror İlqar İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Növbəti proses yanvarın 31-də keçiriləcək.

İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov