Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Toğrul Əzizovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Toğrul Əzizov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Toğrul Əzizov Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov