27 Yanvar 2022 17:20
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hoteldə müğənnini qətlə yetirməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Əli Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il iyulun 16-da paytaxtın Nizami rayonu ərazisindəki hotellərdən birində baş verib.

Bakı şəhər sakini Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

Əli Məmmədov qadına 23 bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər