20 Noyabr 2014 17:51
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Ağasif Abbasov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ağasif Abbasov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Ağasif Abbasov bu ilin fevralında Nizami rayonunda soyğunçuluq edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Zaur Bayramovun mobil telefonunu soyğunçuluq yolu ilə alan Bakı şəhər sakini Ağasif Abbasov tutulub. İstintaq zamanı onun digər soyğunçuluq əməllərində də iştirak etdiyi ortaya çıxıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər