12 Fevral 2022 22:32
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda qanunsuz narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Turac Məmmədova və onun tanışları - Vüqar Əliyevlə Hikmət Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İttihama görə, 58 yaşlı Turac Məmmədova və daha 2 nəfər 2021-ci ilin oktyabrında Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarını tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış Turac Məmmədova Sumqayıt şəhəri "Ceyranbatan bağları” yaşayış massivində saxlanılan zamanı üzərində narkotik vasitə olan heroin aşkarlanıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb.

Turac Məmmədova saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib.

Turac Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunub və həbsdə vəfat edib.

Turac Məmmodova "Cibgir Tutu" kimi tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər