Bakının Nizami rayonunda oğurluq edən azyaşlılar həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvələr məhkum olunmuş, 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1999-cu il təvəllüdlü Hüseyn İsmayılov tutulub.
Onlar noyabrın 16-da Bakı şəhər sakini Roman Benaşviliyə məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, açıq nəfəslikdən keçməklə 100 manat və uşaq oyuncaqlarını talamaqda şübhəli biliniblər.
Hacı Zeynalov