Azərbaycanda vəzifəli şəxsin bacısının fala baxmaq adı ilə külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Ceyhun Zeynallı və onun həyat yoldaşı Şəfiqə İsmiyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva isə 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş Şəfiqə Müslüm qızı İsmiyeva barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
2020-ci ilin fevralın 20-də hər iki şəxs həbs edilib.
Şəfiqə İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açıb.
O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.
Kart vasitsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmeyeva ona müraciət edən Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu ediliyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcınının da köməyindən istifadə olunacağını bildirib.
Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 1 milyon 998 min manatını ələ keçiriblər.
İstintaq orqanı tərəfindən Ceyhun Zeynallı və Şəfiqə İsmiyevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Şəfəq İsmiyeva Ceyhun Zeynallının həyata yoldaşı kimi göstərilsə də, sənədlərdən göründüyü kimi onlar ayrı-ayrı soyad daşıyırlar.
Bu məqam üzrə araşdırma zamanı məlum oldu ki, Ceyhun Zeynallı çox qısa bir müddət ərzində Şəfəq İsmiyeva ilə ailəli olub.
Onları nigahı uğursuz olub və ayrılıblar.
Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: "Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm".
Ağarzayevin sözlərinə görə, ona dəymiş ziyandan 293 min manat ödənilib.
Rəna Ağarzayeva vəzifəli şəxslərdən birinin bacısıdır.