Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Qazax rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Kənd sakini Firon Allahverdiyev münaqişə zəminində həmkəndliləri Tofiq Əmrahlıya və Hidayət Vəliyevə bıçaqla xəsarət yetirib. Hər iki yaralı Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.
Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində Firon Allahverdiyev tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov