15 May 2022 11:17
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 1969-cu il təvəllüdlü Yavər şəxsi münasibətlər zəminində arvadı Mədinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 21-də baş verib.

Yavər həmin gün saat 20.30-da yaşadıqları evin mətbəx otağında arvadı Mədinəyə yeməyi duzlu bişirməsinə görə iradını bildirib.

Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Yavər arvadını döyüb. Bundan sonra Mədinə əri barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

İstintaq orqanı tərəfindən Yavərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan eidlib.

Cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Cinayət işinə Murad Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb. Bu səbəbdən də zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.

Onların barışmasını hakim hökm çıxararkən nəzərə alıb.

Hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər