Bakının Xətai rayonunda mağazadan oğurluq edən şəxslər zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi, Çevik Polis Alayı, Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqust-noyabr aylarında Babək prospektində yerləşən, Gürcüstan vətəndaşı Anar Həsənova məxsus avtomobil ehtiyyat hissələri mağazasından açarseçmə yolu ilə 5000 manat dəyərində avtoaksesuar oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.
Məlum olub ki, bunlar Gürcüstan vətəndaşı 1978-ci il təvəllüdlü Nəsimi Həmidov və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Babək Allahyarovdur.
Hacı Zeynalov