“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov Ali Məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, İlqar İsmayılovun vəkilləri tərəfindən hazırlanan kasasiya şikayəti iyunun 28-də Ali Məhkəməyə təqdim olunub.
Vəkillər kasasiya şikayətində İlqar İsmayılovun verilmiş ittihamlarla günahsız olduğu qeyd ediblər. Onun barəsində bəraət qərarı çıxarılması xahiş olunub.
Kasasiya şikayəti araşdırılması üçün hakim Nazim Mövsümovun icraatına verilib.
Məhkəmənin baxış iclasının vaxtı hələki müəyyən olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İlqar İsmayılovun Nərimanov rayonu, Alı Alıyev küçəsində yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.
Bakı Apellyasiya Məhkəməsi İlqar İsmayılovun barəsində olan hökmü qüvvədə saxlayıb.
İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.