5 Avqust 2022 16:46
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Şahlar Novruzov və Rövşən Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bun gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri apellyasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Novruzov 17 il, Rövşən Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 27-də gecə saat 02.00-da Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn 2 naməlum şəxs orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib. Mənzildən təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar.

İqor Vasin xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulub.

Onlar İqor Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

İqor Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib və İqor Vasini evə buraxmayıb. İqor Vasin isə xəstəxananın pəncərəsindən özünü yerə atıb və ölüb.

Bu səbəbdən təqsirləndirilən şəxslərə qəsdən adam öldürmə ittihamı verilməyib. Onlar Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər