Birləşmiş Ərəb Əmirliklərinin polisi əcnəbi qadının ölümünü araşdırır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə Əl-Rim adasındakı ticarət mərkəzində baş verib. Cinayətin qurbanı 37 yaşlı ABŞ vətəndaşı olub. O, aldığı bıçaq yarasından dünyasını dəyişib.
Zərərçəkənin meyiti dekabrın 1-də Boutique Mall ticarət mərkəzinin ayaqyolunda baş verib.
Ticarət mərkəzindəki kameralar qatilin görüntülərini lentə alıb. O, qara əba, hicab və niqab geyinib.
Ehtimal olunur ki, qanlı qətlə ayaqyolunda iki qadın arasında baş verən mübahisə səbəb olub. Lakin polis qətlin qadın geyimi geyinən kişi tərəfindən törədilə biləcəyini də istisna etmir.
Cinayətdə istifadə edilən mətbəx bıçağı hadisə yeerində tapılıb. Polis qatilin şəxsiyyətini müəyyən etməyə çalışır.
Qadınla bağlı yalnız o məlumdur ki, o, 11 yaşları olan əkiz uşaqlarını tərbiyə edib. Bəzi məlumatlara görə, qadın uşaq bağçasında tərbiyəçi, digər məlumatlara görə isə məktəbdə işləyib. Onun övladları polisin himayəsinə götürülüb. Qadının başqa ölkədə yaşayan keçmiş əri BƏƏ-yə gəlib.
"Biz ataları gələnə qədər uşaqlar üçün nə lazımdır edəcəyik. O, gələndən sonra isə onların görüşünü təşkil edəcəyik. Ölənin uşaqlarının qayğısına qalmaq bizim borcumuzdur", - Əbu Dabinin polis rəisi, polkovnik Rəşid Məhəmməd deyib.
Nihad