4 Dekabr 2014 14:48
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümündə, bir nəfərin yaralanmasında təqsirli bilinən 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədriliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəşad Ağaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il 29 iyulda Xətai rayonu Əhmədli qəsəsbəsində baş verib. Gəncə prospektində 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi BMW markalı avtomobillə yolun kənarında dayanan 1968-ci il təvəllüdlü Ehtiram Bəylərova məxsus “QAZ-53” markalı avtomobillə toqquşub.

BMW sürətlə hərəkət edərək “QAZ-53”ü arxadan vurub. Nəticədə, sürücü ağır yaralanıb. Onun sərnişini sərnişini, Balakən rayon sakini 1975-ci il təvəllüdlü Məzahir Həsənov hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər