4 Dekabr 2014 16:42
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Minas Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, iyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazova bıçaq xəsarətləri yetirib və o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin hökmdən zərərçəkmiş tərəf və təqsirləndiirlən şəxs də apelyasiya şikayəti veriblər. Zərərçəkmiş tərəfin nümayəndəsi təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Minas Əliyev isə cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Minas Əliyevin atası Vaqif Əliyev Surət Hüseynovun yaxın adamı olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər