Bakıda çay evində 38700 manat oğurluq edənlər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə dekabrın 4-də gecə saatlarında S.Rəhimov küçəsində yerləşən çay evində qeydə alınıb.
Bakı şəhər sakini Əli Vəliyevə məxsus içərisində 38700 manat olan bağlama oğurlanıb. Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulublar.
Hacı Zeynalov