12 Sentyabr 2022 13:44
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində ötən gün yerli vaxtla axşam saat 20:00 radələrində naməlum qruplar arasında yaranmış silahlı atışmada dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldaki Baş konsulluğundan məlumat verilib.

Yaralanan azərbaycanlılar Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimovdur.

Bildirilib ki, yaralı həmyerlilərimiz hal-hazırda Seyrantepe Hamidiye Etfal Araşdırma Xəstəxanasında müalicə olunurlar.

Hadisənin yaranma səbəbləri aidiyyatı orqanlar tərəfindən araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər