28 Sentyabr 2022 17:26
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam oğurluğunda ittiham olunan Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Hacıbəy Rzaxanovun13 il, Məcidbəy Vəkilovun 11 il, Hüseyn Məlikovun 11 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Növbəti proses oktyabrın 11-də davam edəcək.

İstintaq orqanı tərəfindən Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 180-ci (soyğunçuluq), 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddəlıri ilə ittiham elan edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Xaliq Nadir oğlu Abdullayevə özlərini polis əməkdaşı kimi təqdim ediblər. Onlar Xaliq Abdullayevi qumbara satdığını deyiblər və həbs edilməməsi üçün pul tələb ediblər. Xaliq bu barədə atası ilə danışıb. Atası isə onların olduğu yerə polislərlə gəlib və təqsirləndirilən şəxslər həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər