8 Dekabr 2014 23:31
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki Asfalt-beton istehsalı zavodunda yanğın olub.

Teleqraf.com-un məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, yanğına texnika üçün istifadə olunan yağın qəfil alışması səbəb olub. Qısa zamanda yanğının qarşısı alınıb. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb

Yanğın zaman xəsarət alana olmayıb. Faktla bağlı Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Hissəsində araşdırma aparılır.


Müəllif: