Lənkəran şəhər İcra Hakimiyyətinin baş memarı Elgün Abdullayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi eayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən qapalı prosesdə qərar elan olunub.
Qərara görə, Elgün Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi Əməliyyat zamanı Memarlıq və tikinti şöbəsinin müdiri müdiri-baş memar Elgün Abdullayev saxlanılıb.