Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlamaqda ittiham olunan Niyaməddin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin iyulun 26-da, gecə saat 01 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib. O, arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası Zəkiyyə Nuriyevaya, bacısı Royya Nuryevayavə qardaşı Elçin Nuriyevə bıçaqla xəsarət yetirib.