Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin icratında baş tutan prosesdə prokuror Alimpaşa Məmmədovun barəsində olan ittihamları açıqlayıb.
İttihama görə, Alimpaşa Məmmədov 2014-cü ildə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qailibi olmuş “21-ci əsr Azərbaycan” Sosial İnkişaf və Mədəni İnkişafa Yardım ictimai birliyi tərəfindən Kür qəsəbəsi, Zəyəm qəsəbəsi və Olimpiya kompleksində tikinti-quraşdırma işlərinə görə həmin birliyin faktiki rəhbəri Turan Saidovdan köməkçisi Mahir Əliyev vasitəsi ilə 2388 manat rüşvət alıb.
Bundan başqa, o, 2014-cü ildə dövlət büdsənindən Şəmkir rayonunun abadlıq işlərinə ayrılmış pul vasaitini mənimsəmək yolu ilə “Ağstafasutikinti” ASC Şəmkir Bina, Korpü, Yol və Su Tikinti Quraşdırma İdarəsinin şöbə müdiri Vaqif Məmmədova və istintaqla müəyyən edilmiş digər şəxslərə verdiyi qanunsuz göstərişlər əsasında idarənin hesabına köçürülmüş pul vəsaitinin 293.658 manatını ələ keçirib. Həmin pul vasaiti Şəmkir şəhər Mənzil istismar kontorunun balansında olmayan fərdi yaşayış evlərinin dam örtüyünün sərf edilməsinə rəsmiləşdirilib.
Daha sonra Alimpaşa Məmmədov "Ağstafasutikinti" ASC Şəmkir Bina, Korpü, Yol və Su Tikinti Quraşdırma İdarəsinin şöbə müdiri Vaqif Məmmədova verdiyi göstəriş əsasında 2014-cü ilin oktyabr-dekabr aylarının ayrı-ayrı günlərində köməkçisi Mahir Əliyev vasitəsi ilə 39.798 manatı xidməti otağında alıb.
Bundan əlavə, Alimpaşa Məmmədov 2015-ci ildə Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən keçirilmiş dövlət satınalma müsabiqəsinin qalibi olmuş “Abad Həyat” MMC tərəfindən cari təmir işlərinin görülməsinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində həmin MMC-nin faktiki sahibi Turan Saidovdan həmin ilin ayrı-ayrı vaxtlarında 6.529 manat rüşvət alıb.
Alimpaşa Məmmədov 2015-ci ildə Şəmkir rayon Gəncələr və İdman İdarəsi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “AZKONPLUS” MMC tərəfindən bərk inventarların və satınalma işlərinə görə, eləcə də ümumi himayədarlıqla bağlı MMC-nin rəhbəri Turan Saidovdan 550 manat rüşvət alıb.
Bundan başqa, sabiq icra başçısı 2015-ci ildə Şəmkir rayon Mərkəzi Xəstəxaması tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “İLKLƏR” MMC-nin rəhbəri Turan Saidovdan 9.996 manat, Şəmkir rayon Təhsil şöbəsi tərəfindən tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “POZİTİV-SERVİS” MMC tərəfindən yumşaq inventarların satınalınması işlərinə görə, eləcə də himayədarlıq edilməsi üçün yenə Turan Saidovdan 4.858 manat rüşvət alıb.
Cinayət işinin materiallarına görə, sabiq icra icra başçısı 2015-ci ildə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “PROQRES PLYUS” MMC tərəfindən digər maşın və avadanlıqların satınalınmasına görə, eləcə də ümumi himayədarlıq müqabilində MMC-nin rəhbəri Turan Saidovdan 1.017 manat, Təzəkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “PROQRES PLYUS” MMC tərəfindən digər maşın və avadanlıqların satınalınmasına görə, eləcə də ümumi himayədarlıq müqabilində MMC-nin rəhbəri Turan Saidovdan 1.016 manat rüşvət alıb.
Daha sonra o, Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “PROQRES PLYUS” MMC tərəfindən maşın və avadanlıqlarının satın alınması işlərinə görə, eləcə də ümumi himayədarlıq müqabilində MMC-nin rəhbəri Turan Saidovdan 973 manat rüşvəti köməkçisi Mahir Əliyev vasitəsi ilə almağa nail olub.
Bundan əlavə, 2015-ci ildə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “VEST CONSTRUCTİON” MMC tərəfindən inventarların satın alınmasına görə, elcə də xidməti üzrə ümumi himayədarlıq müqabilində MMC-nin rəhbəri Turan Saidovdan 932 manat, Əliyaqublu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən müsabiqənin qalibi olmuş eyni MMC-nin rəhbəri olmuş Turan Saidovdan 423 manat, Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş eyni MMC tərəfindən təmir işlərinin görülməsi üçün 4.464 manat, Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qlaibi olmuş eyni MMC tərəfindən cari təmir işlərinin görülməsi üçün 3.907 manat rüşvəti köməkçisi Mahir Əliyev vasitəsi ilə alıb.
Bundan başqa, o, Şəmkir rayon İcra Hakimiyyəti baçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olan “Yeni Təməl” MMC tərəfindən inventarların satınalınması işlərinə görə, eləcə də xidməti işi ilə bağlı ümumi himayədarlıq müqabilində MMC-nin rəhbəri Turan Saidovdan 508 manat, Çinarlı kənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olan eyni MMC-nin rəhbərindən 423 manat, Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olan eyni MMC-nin rəhbərindən 8.368 manat rüşvət almağa nail olub.
Alimpaşa Məmmədov 2016-cı ildə Şəmkir rayon icra hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş "Fərqanə TT” MMC tərəfindən Çənlibel kənd orta məktəbinin təmiri işlərinə görə, eləcə də xidmət uzrə umumı himayədarlıq müqabilində həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 3.903 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 4 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 17.521 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 3 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 18.271 manat rüşvət alıb.
Alimpaşa Məmmədov 2016-cı ildə Şəmkir rayon icra hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş "IDEA QROUP-88" MMC tərəfindən Şəmkir şəhəri Fızulı kuçəsı 8 saylı binada yerinə yetirilmiş təmir işlərinə gorə həmin MMC-nin faktiki sahibi Turan Saidovdan 2.670 manat rüşvət alıb.
Daha sonra o, həmin il Turan Saidovdan Dəllər qəsəbəsi, Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə tenderdə qalib gəlməsi üçün 10 117 manat, həmin qəsəbənin Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə gorə, 17.436 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 5 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 15.831 manat, "Qərb TT” MMC tərəfindən Dəllər qəsəbəsi Nərimanov küçəsi 2 saylı binada yerinə yetirilmiş təmir-tıkıntı işlərinə görə həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 20.681 manat rüşvət alıb.
Sabiq icra başçısı 2016-cı ildə Şəmkir rayon icra hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş "Qərb TT" MMC tərəfindən Şəmkir şəhərinin Rabitəçilər evində yerinə yetirilmiş təmir-tikinti işlərinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıqla bağlı MMC-nın faktiki sahibi Turan Saidovdan 18 928 manat rüşvət alıb.
2016-cı ildə Şəmkir rayon icra hakimiyyəti başçısının Şəmkir şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olan "YENİLİK-A” MMC tərəfindən yumşaq inventarlar, digər maşın və avadanlıqların satın alınması işlərinə görə MMC-nin faktiki sahibi Turan Saidovdan 2016-cı ıl ərzində ayrı-ayrı vaxtlarda 4.407 manat rüşvət alıb.
2016-cı ildə Şəmkir rayon İcra hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olan “YENİLİK-A" MMC tərəfindən bərk inventarların satın alınması işlərinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində həmin MMC-nin faktiki sahibi Turan Saidovdan 1.397 manat alıb.
Bundan başqa, Alimpaşa Məmmədov 2016-cı ildə Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi “QƏRB İNŞAAT-Z” MMC tərəfindən bərk və yumşaq inventarların satın alınması işlərinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 973 manat rüşvət alıb.
Alimpaşa Məmmədov 2016-cı ildə Şəmkir rayon icra hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalıbı olmuş “AYXAN-79" MMC tərəfindən təmir işlərinin görülməsinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Turan Saidovdan 3.457 manat, 2016-cı ildə Şəmkir rayon icra hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş 'BƏHRƏ-15'' MMC tərəfindən digər maşın və avadanlıqların satın alınması işlərinə görə, eləcə də xidmət üzrə umumı himayədarlıq müqabilində həmin MMC-nin faktiki sahibi Turan Saidovdan 440 manat rüşvət alıb.
Alimpaşa Məmmədov 2016-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “BƏHRƏ-15”’ MMC tərəfindən avadanlıqların satın alınması işlərinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Turan Saidovdan 613 manat alıb.
Alimpaşa Məmmədov 2017-ci ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma musabıqəsının qalıbı olan “POZİTİV-SERVİS” MMC tərəfindən digər maşın və avadanlıqların satın alınması işlərinə gorə, eləcə də xidmət uzrə ümumi hımayədaılq müqabilində həmin MMC-nin sahibi Turan Saidovdan 4.149 manat alıb.
Sabiq icra başçısı 2017-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Şəmkir şəhər İnzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalıbı olmuş "KAİNAT 16” MMC tərəfindən Şəmkir şəhərinin F Salmanov küçəsi 16 saylı binada təmir-tikinti işlərinin görülməsinə gorə 8.032 manat, 2017-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş ”SAF SERVİS" MMC tərəfindən Dəllər qəsəbəsi, M. Hüseynzadə küçəsi 9, Dəllər qəsəbəsi M. Rahim küçəsi 11a Dəllər qəsəbəsi, M Rahim küçəsi 13a və Dəllər qəsəbəsi. M. Rahim küçəsi 15 saylı binalarda əsaslı və carı təmir işlərinin görülməsinə görə MMC-nin sahibi Turan Saidovdan 5.676 manat, 2017-ci ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi uzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş "Sağlam Təməl” MMC tərəfindən Kür qəsəbəsi H.Aslanov küçəsi 6 saylı binada təmir işlərinin görülməsinə görə MMC-nin sahibi Turan Saidovdan 378 manat alıb.
Bundan başqa, sabiq icra başçısı 2017-ci ildə rayonun qəsəbələrinə ayrılmış pullardan ümumilikdə 76 min 295 manatı ələ keçirib.
Daha sonra Alimpaşa Məmmədov 2018-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Mənzil istismar kontoru uçun keçirilən dövlət satınalma müsabiqələrinin qalıbı olmuş “YENİLİK-A” MMC tərəfindən Şəmkir rayonu Kür qəsəbəsi Rəsulzadə kuçəsı 2 saylı binada təmır-tıkıntı işlərinin görülməsinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Azər Kərimovdan 3.065 manat rüşvət alıb.
Alimpaşa Məmmədov qeyd olunan MMC-nin rəhbəri Azər Kərimovdan Şəmkir şəhərində abadlıq işlərinin görülməsi, çoxmənzili binaların təmiri, həmçinin qəsəbə və kənd ərazi icra nümayəndləiklərində işlərin görülməsi üçün keçirilən tenderlərdə 2018-ci ildə ümumilikdə 279 min 210 manat rüşvət alıb.
Bundan əlavə, sabiq icra başçısı bir sıra tenderlərdə qalib gəlməsi üçün bir neçə MMC rəhbəri olan Azər Kərimovdan dövlət büdcəsindən ayrılan pulların bir qismini almaq barədə razılaşıb. O, 2019-cu ildə Azər Kərimovdan Şəmkir şəhərində yerləşən çoxmənzili binaların təmiri, şəhər, qəsəbə, kənd əraziləri üzrə nümayəndəliklərdə göürlən işərə görə ümumilikdə 72 min 380 manat alıb.
2020-ci ildə rayon ərazisində bir sıra işlərin görülməsinə görə yenə də Azər Kərimovun MMC-ləri qalib olub. Alimpaşa Məmmədov bunun müqabilində ondan ümumilikdə 189 min 189 manat ələ keçirib.
Alimpaşa Məmmədiv icra başçısı olduğu dövrdə ümumilikdə 6.804.613,62 manat ələ keçirdiyi məlum olub.
Qeyd olunub ki, Şəmkir rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun bir sıra əmlakları üzərinə həbs qoyulub, əmlakların bazar dəyəri 10 milyon manat qiymətləndirilib.
Məlum olub ki, onun "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat), "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat), Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat) müsadirə olunması üüçn üzərlərinə həbs qoyulub.
Prokurorun ittihamları açıqladıqdan sonra Alimpaşa Məmmədova söz verilib O, ittiham üzrə özünü təqsirli bilməyib.
Alimpaşa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.