Bakının Suraxanı rayonunda silahlı insident baş verib.
Suraxanı rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Bu gün səhər saatlarında mağazaya oğurluğa gələn şəxsin qarşısını gözətçi Ramin Rüstəmov almağa çalışıb. Bu zaman oğurluq etdiyi şəxs özündə olan tapançadan atəş açıb və nəticədə Ramin Rüstəmovu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda ona tibbi yardım göstərilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisə ilə bağlı araşdırma aparılır.
Hacı Zeynalov