İctimai fəal Bəxtiyar Hacıyevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc məlumat yayıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, onun həbsədn azad olunması barədə verilən şikayət təmin olunmayıb.
Qeyd edək ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.