Rusiyada azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərovu qətlə yetirən Mətləb Sultanov məhkəmənin hökmü ilə 16 il azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, 38 yaşlı M.Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, M.Sultanov 2021-ci il aprelin 12-də Ə.Heydərovu Moskvadakı idman zallarının birində odlu sulahla qətlə yetirib.
Xatırladaq ki, “Albert Rıjıy” 1981-ci ildə Gəncədə anadan olub. O, Sankt-Peterburqun Beloostrovski qəbiristanlığında dəfn edilib.