Dövlətə xəyanət etməkdə təqsirləndirilən Hacı Paşayevin işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim bildirib ki, təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Müalicəsi başa çatandan sonra onun Bakı İstintaq Təcridxanasına köçürülməsi istənilib.
Hakim bildirib ki, təqsirləndirilən şəxsə təcridxanada ittiham aktı təqdim edilsə də, o aktı qəbul etməyib.
Təqsirləndirilən şəxs bildirib ki, ittiham aktı ilə tanış olmayıb və buna ehtiyac görmür: "Mən ittiham aktı ilə tanış olmaq istəmirəm. Çünki hazırda mən təcridxanada hansı maddə ilə saxlanıldığını deməmişəm. Təcridxanada saxlanılanlara başqa adla saxlanıldığını demişəm. Ona görə də mənə ittihama ktlnın verilməsinə ehtiyac yoxdu".
Müzakirələrdən sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra iş üzrə məhkəmənin baxış iclası yanvarın 12- nə təyin olunub.
İttihama görə, Hacı Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.