16 Dekabr 2014 14:07
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda axtarışda olan həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 17-də Bakıxanov qəsəbəsində Ordubad rayon sakini, Səbuhi Sadıqovun mobil telefonunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini müəyyən edilib.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan 1992-ci il təvəllüdlü Nurlan Şükürov tutulub.

Nurlan Şükürov ətrafında araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: