18 Dekabr 2014 11:18
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Nailə Apayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin iyunun18-də Nəsimi rayonunda baş verib. Hadisə rayonun Alı Mustafayev küçəsində yerləşən mənzillərdən birində baş verib. Orada yaşayan 1960-cı il təvəllüdlü Lalə Apayevanın evinə gələn rəfiqəsi arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində Apayeva rəfiqəsi Nailə Vəliyevanı küt alətlə vuraraq öldürüb. Qışqırıq səsinə qonşular çıxıblar.

Qonşuları qətli törətməkdə təqsirləndirilən qadını müsbət xarakterizə ediblər. Onların sözlərinə görə, Lalə Apayeva həkim olub. Hadisəni törədən Lalə Apayeva saxlanılıb. Qonşular arasında qadının falçılıqla məşğul olub.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış dekabrın 25-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər