Nəsimi rayonunda iki oğurluq cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi, Post Patrul Xidməti Bölüyü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, 1970-ci il təvəllüdlü Həsrət Əzizov tutulub. O, noyabrın 30-da A.Mustafayev küçəsində yerləşən dərzi sexinin vitrinindən 1 ədəd dəri kürk gödəkçəni oğurlamaqda şübhəli bilinir.
Daha bir oğurluq cinayətini törədən şəxsin tutulması üçün əməliyyatı Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları keçirib. Keçiriləbn əməliyyat tədbirləri nəticəsində oktyabrın 13-də Sevil Qəniyevanın çantasından mobil telefon oğurlamış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Əmirova tutulub.
Hacı Zeynalov