19 Dekabr 2014 15:56
693

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında külli miqdarda narkotik vasitənin alışı-verişinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində bir qrup şəxs tərəfindən realizə olunacağı barədə Biləsuvar Gömrük İdarəsi Gömrükhüquqpozmalarına qarşı mübarizə şöbəsindən əməliyyat məlumatı daxil olmuşdur. Daxili İşlər Nazirliyi Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbiri zamanı Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında “Mercedes Benz E230” markalı minik avtomobilini idarə edən Məmmədov Nicat Elşən oğlu şərti alıcı qismində çıxış edən əməkdaşa sellofan torbada olan narkotik vasitələri təhvil verərkən saxlanılmışdır. Daha sonra əməliyyat tədbirləri davam etdirilmiş, cinayətkar qrupun digər üzvləri-Əhmədov Elşən Əhməd oğlu və Abdullayev Ramil İsgəndər oğlu yaxalanmışdır.

Müvafiq araşdırılma aparıldıqdan sonra sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və oradan şəffaf polietilenə bükülmüş, yapışqanlı lentlə sarınmış şəkildə spesifik rəngə və qoxuya malik,ümumi çəkisi1 kiloqram 985 qram narkotik vasitə-tiryəkvəümumi çəkisi 2 kiloqram 20 qram narkotik vasitə -həşiş qətranı aşkar edilmişdir.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Naibə


Müəllif: