22 Dekabr 2014 13:10
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə ilk dəfə keçirilən prezident seçkisinin ikinci turunun sonunda 88 yaşlı El-Baci Kaid Əs-Sibsi qələbəsini elan edib.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, beynəlxalq nümayəndələr seçkinin insidentsiz və şəffaf atmosferdə keçdiyini bildirirlər. Ancaq Sibsi nəticələrin açıqlanmasını gözləmədən zəfərini qeyd etməyə başlayıb.

Sibsinin seçki kampaniyası rəhbəri Möhsün Marzuk verdiyi bəyanatda bildirir ki, açılan ilk sandığın nəticələrinə görə Sibsi ikinci turun qalibi kimi görünür.

Hazırki prezidenti Məhəmməd Münsif Əl-Merzuki isə bu zəfərin hələ tez olduğunu və son nəticəni gözləyəcəyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər