Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İran İslam Respublikasının Xarici işlər Nazirliyinin idarə rəisi Seyid Kazım Səccadi, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Möhsün Pakayi və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Baş konsulu Vətəni Nasiridən ibarət nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan İranlılarla İş Üzrə İdarəsinin rəisi cənab Seyid Kazım Səccadi qəbula görə öz minnətdarlığını bildirərək Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün Səfirlik əməkdaşlarına yaradılan şəraitdən məmnun olduqlarını ifadə edib.
Görüşdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Hacı Zeynalov