24 Dekabr 2014 12:05
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda ailə faciəsi ilə nəticələnən cinayətin təfərrüatı bəlli olub.

Publika.az-ın Lerik Rayon Prokurorluğundan əldə etdiyi məlumatda deyilir ki, olay ailə-məişət münaqişəsi zəminində baş verib: «Rayon sakini Camaləddin Surətov həyat yoldaşı Məhsəti Surətovdan ayrılıb. Onlar Sumqayıtda yaşayırdılar. Boşandıqdan sonra qadın Lerikə, atasının evinə qayıdıb. Camaləddin Surətov bir neçə dəfə həyat yoldaşı ilə barışmaq istəsə də, hər dəfəsində Məhsəti Surətova onunla barışmaq istəmədiyini bildirib. Bu alınmadıqda aralarında mübahisə yaranıb və məlum hadisə baş verib. Hazırda faktla bağlı araşdırmalar davam edir».

Xəbər verdiyimiz kimi, Lerik rayon sakini Camaləddin Cəbrayıl oğlu Surətov qayınanası Laləni və həyat yoldaşı Məhsəti Surətovanı odlu silahla qətlə yetirib. Bundan sonra uşaqlarını özü ilə doğulduğu Anbu kəndinə aparıb. Övladlarını atasıgilə təhvil verən Camaləddin ov tüfəngi ilə özünü vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Müəllif:

Oxşar xəbərlər