Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Məmməd Nəsirov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda Məmməd Nəsirov tibbi müayinə edilir.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elşən Cəfərov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov