25 Dekabr 2014 16:06
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Girdəni kəndində qeydə alınıb. Rayon sakini Seymur Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerliləti Teymur Ağayevi və İmran Qənbərovu vurub.

İmran Qəmbərov hadisə yerində ölüb, Teymur Ağayev xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər