Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşlar dəm qazından zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 25-də qeydə alınıb. Nigeriya vətəndaşları Oneçege Lovlin Rafel və Durato Nikololas Namti Nəsimi rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Hacı Zeynalov