Bakının Nərimanov rayonunda mağazadan oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi dekabrın 25-də baş verib. Bakı şəhər sakini Novruz Bayramova məxsus mağazadan içərisində 21070 manat olan seyfi oğurlanıb. Zərərçəkən oğurluq hadisəsinin törədilməsi ilə bağlı 17-ci polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Elçin Əhmədov tutulub.
Hacı Zeynalov